ABŞ Qeyri-immiqrant viza kateqoriyaları

İcmal

Qeyr-immiqrant vizasıları turizm, biznes, müvəqqəti iş, təhsil və ya tibbi müalicə məqsədilə müvəqqəti olaraq Birləşmiş Ştatlara getmək istəyən şəxslərə verilir. ABŞ-a səyahət və viza ilə bağlı tam məlumat almaq üçün lütfən https://travel.state.govsaytına baş çəkin.

Lütfən əvvəlcədən planlaşdırın. Səyahətçi qüvvədə olan vizanı alana qədər təyyarə bileti almamaq təkidlə tövsiyə edilir. Viza ilə bağlı müsahibə zamanı bilet tələb olunmur.

Bütün səyahətçilər nəzərə almalıdır ki, viza Birləşmiş Ştatlara buraxılmaya zəmanət vermir. Daxili təhlükəsizlik nazirliyi (DHS) girişi qadağan edə, həmçinin Birləşmiş Ştatlarda qalma vaxtını məhdudlaşdıra bilər. Birləşmiş Ştatlara daxil olmaqla bağlı əlavə məlumatı https://travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/all-visa-categories.html saytından almaq olar.


Müsafir viza kateqoriyaları

(B) MÜSAFİR: İŞGÜZAR, TURİST, TİBBİ MÜALİCƏ

Müsafir Vizası qeyri-immiqrant vizası olub, işgüzar məqsədlərlə (B1), o cümlədən peşəkar görüş və konfranslarda iştirak üçün; əyləncə, o cümlədən tətil məqsədilə və ya ailə üzvlərinə baş çəkmək, yaxud tibbi müalicə üçün (B2), və ya hər iki məqsədlə (B1/B2) altı aya qədər müddətə Birləşmiş Ştatlara daxil olmaq istəyən şəxslərə verilir.

(C) ABŞ-dan TRANZİTLƏ KEÇMƏ

İki xarici ölkə arasında səyahət edən və səyahətin bir hissəsi kimi Birləşmiş Ştatlarda nəqliyyat növünü dəyişmək istəyən şəxslər.

  • Birləşmiş Ştatlara gəmiyə və ya təyyarə heyətinə qoşulmaq üçün səyahət edən heyət üzvü tranzit viza almaldır. Lütfən Heyət üzvü Vizası üçün məlumata baxın.
  • Xarici limanda kruiz gəmisinə və ya Birləşmiş Ştatlardan fərqli başqa xarici ölkəyə gedən digər gəmiyə minən səyahətçinin və səyahət zamanı gəmi Birləşmiş Ştatların limanında dayanan hallarda tranzit vizasına və ya digər qeyri-immiqrant vizasına ehtiyacı olacaq.

Viza kateqoriayalarını öyrənin

(F/M) ELMİ VƏ YA DİL İXTİSASİ ÜZRƏ TƏLƏBƏ / PEŞƏ/QEYRİ-ELMİ SAHƏDƏ TƏLƏBƏ

Ümumiyyətlə, Birləşmiş Ştatlara təsdiq edilmiş tədris kursunda oxumağa gələn hər bir şəxs Tələbə vizası almalıdır.

Oxumağı planlaşdırdığı ABŞ məktəbinə qəbul edildikdən sonra tələbə Tələbə və Mübadilə Müsafirləri Sistemində (SEVIS) qeydiyyatdan keçməlidir. SEVIS sistemi vasitəsilə SEVIS I-901 haqqının və əlaqədar imzaların tamamlanmasına dair göstərişlər ABŞ məktəbi tərəfindən təchiz ediləcək. Məktəb lazımi I-20 forma(lar)ını hazırlamaq üçün əsas ərizəçinin adını, o cümlədən əsas ərizəçi ilə səyahət etməyi planlaşdıran ailə üzvlərinin adını SEVIS sisteminə daxil edəcək Hər bir ailə üzvü öz fərdi I-20 formasını almalıdır. Ailə üzvləri əsas ərizəçi ilə birlikdə ərizə vermirlərsə, əsas viza sahibinin məktəbindən verilmiş orijinal I-20 formasının surəti tələb olunacaq. Əlavə məlumat almaq üçün ABŞ İmmiqrasiya və Gömrük polisinin (ICE) Tələbə və Mübadilə Müsafirləri Sistemində (SEVIS) internet saytına daxil olun.

Təhsilini davam edən tələbələr istənilən vaxt və öz tələbə statuslarını və SEVIS qeydlərini qüvvədə saxlamaq şərtilə, yeni viza üçün ərizə verə bilərlər (http://www.ice.gov/sevis). Təhsilini davam edən tələbələr həmçinin dərslər başlamazdan əvvəl istənilən vaxt Birləşmiş Ştatlara daxil ola bilərlər.

(J) MÜBADİLƏ MÜSAFİRİ

Mübadilə müsafiri (J-1) vizaları Birləşmiş Ştatlarda mübadilə müsafiri proqramlarında iştirak etmək hüququ qazanmış şəxslərə verilən qeyri-immiqrant vizalardır. Proqramın tələblərinə, qaydalarına və s. dair məlumat almaq üçün Dövlət Departamenti J-1 Vizası Mübadilə müsafir proqramının http://j1visa.state.gov/programs saytına müraciət edin.

ABŞ-n Mübadilə müsafiri proqramına qəbul edildikdən sonra səyahətçi Tələbə və Mübadilə Müsafiri Məlumat Sisteminə (SEVIS) daxil ediləcək.. Əksər J-1 Mübadilə müsafirləri SEVIS I-901 haqqını ödəməlidir. (J-1 Mübadilə müsafiri proqramı müvadilə müsafirinə həyat yoldaşı və/yaxud uşaqları ilə müşayiət edilmək icazəsi verirsə, ailə üzvlərinin bu haqqı ödəməsi tələb olunmur.) Proqram sponsoru mübadilə müsafirinə viza ilə bağlı müsahibədə təqdim etmək üçün DS-2019 formasını verəcək. Proqramınız həyat yoldaşınızın və uşaqlarınızın iştirakına icazə verirsə, hər bir ailə üzvünə J-2 vizasına ərizə vermək üçün fərdi DS-2019 forması veriləcək. SEVIS və SEVIS I-901 haqqına dair əlavə məlumat almaq üçün ABŞ İmmiqrasiya və Gömrük Polisinin (IEC) Tələbə və Mübadilə Müsafiri Proqramının (SEVIS) internet saytına baş çəkin.


İş viza kateqoriyaları

(D) HEYƏT ÜZVÜ

Heyət üzvü (D) vizaları Birləşmiş Ştatlarda gəmilərdə (kruiz laynerləri və ya balıqçı gəmiləri kimi) və ya beynəlxalq hava xətlərində çalışan şəxslərə verilən qeyri-immiqrant vizasıdır; onları işi normal əməliyyat və xidmətlər üçün tələb olunur.

Heyət üzvü (D) vizası tələb edən səyahət məqsədlərinə misallar:

  • kommersiya hava gəmisində pilot və ya bələdçi
  • dəniz gəmisində kapitan, mühəndis və ya göyərtə matrosu
  • kruiz gəmisində xilasçı, aşbaz, ofisiant, kosmetoloq və ya digər xidmət işçiləri
  • təlim gəmisində şagird

Ərizəçi işləyəcəyi gəmiyə minmək üçün səyahət edən sərnişindirsi, ərizəçi həmçinin Tranzit (C1) vizası almalı və tranzitin tələb edildiyini təsdiq etmək üçün işəgötürəndən və ya işəgötürənin agentindən məktub almalıdır. Ərizəçinin vətəndaşı olduğu ölkənin viza rüsumu cədvəli yol verdiyi hallarda Konsulluq şöbəsi adətən birləşmiş C1/D vizası verir. Ölkənin viza rüsumu cədvəlinə dair əlavə məlumat https://travel.state.gov/content/travel/en/us-visas/Visa-Reciprocity-and-Civil-Documents-by-Country.html səhifəsindən tapıla bilər.

Qeyd: Dəniz və ya hava gəmilərinin həm B1/B2 həm də C1/D üçün müraciət edən ekipaj üzvləri bir ədəd onlayn DS-160 viza müraciət formasını doldurmalı, bir ədəd viza üçün müraciət rüsumunu (MRV) ödəməli və C1/D vizası üçün qəbula yazılmalıdırlar.

(I) MEDIA və JURNALİSTLƏR

Media (I) vizası almaq üçün ərizəçilər media vizasının tələb etdiyi lazımi keyfiyyətlərə malik olduqlarını nümayiş etdirməlidirlər. Media vizaları Birləşmiş Ştatlara öz peşəsi ilə məşğul olmaq üçün səyahət edən "xarici media nümayəndələri", o cümlədən fəaliyyətləri xarici medianın fəaliyyət göstərməsi üçün vacib olan mətbuat, radio, film və ya nəşriyyat sənayelərinin üzvləri, məsələn jurnalistlər, film heyəti, redaktorlar və oxşar peşəli şəxslər üçündür. Ərizəçilər əsas ofisi xarici ölkədə yerləşən media təşkilatı üçün tələblərə cavab verən fəaliyyətlə məşğul olmalıdırlar. Media vizası almaq hüququ qazanmaq üçün fəaliyyət əsasən məlumat təchizi ilə bağlı, ümumiyyətlə isə xəbərləri toplama prosesi və ya faktiki cari hadisələrə dair hesabat vermə ilə əlaqədar olmalıdır. İdman tədbirlərindən reportaj vermə adətən media vizası tələblərinə cavab verir. Digər misallara aşağıdakı media ilə bağlı fəliyyətlər daxildir, lakin onlarla məhdudlaşmır:

  • Xəbərləri və ya sənədli filmi çəkməklə məşğul olan xarici xəbərlər agentliyinin əsas işçiləri.
  • Filmin çəkilməsi və paylanması ilə məşğul olan qrupun üzvləri ancaq çəkilən filmin materialları məlumat və ya xəbərləri yaymaq üçün istifadə edildiyi hallarda media vizası almaq hüququ qazanırlar. Bundan əlavə, filmiş maliyyələşdirmə mənbəyi və paylanması Birləşmiş Ştatlardan kənarda olmalıdır.
  • Müqavilə ilə işləyən jurnalistlər: Əsas məqsədi kommersiya yönümlü əyləncə və ya reklam olmayan məlumat və ya xəbərləri yaymaq üçün xaricdə məlumat və ya mədəniyyət orqanı tərəfindən istifadə ediləcək məhsulla bağlı müqaviləyə əsasən işləyən peşəkar jurnalist təşkilatının verdiyi mandat sahibləri.
  • Peşəkar jurnalist assosiasiyası tərəfindən verilmiş mandatı olan müstəqil prodyuser şirkətlərinin işçiləri.
  • ABŞ şəbəkəsinin, qəzetinin və ya digər mətbuat vasitəsinin xaricdəki filial və ya tabe ofisində çalışan və Birləşmiş Ştatlara ABŞ-da baş vermiş hadisə ilə bağlı ancaq xarici tamaşaçılar üçün nəzərdə tutulmuş reportajı çəkməyə gedən xarici jurnalistlər.
  • Tam və ya qismən xarici dövlət tərəfindən nəzarət edilən, işlədilən və ya maliyyələşdirilən və əsasən həmin ölkə haqqında turistlərdən alınmış faktiki məlumatı yaymaq olan turistlərə yardım bürolarının akkreditasiya edilmiş nümayəndələri.

(E1/E2) BEYNƏLXALQ MÜQAVİLƏ ÜZVÜ OLAN TACİR/ SƏRMAYƏÇİ

Beynəlxalq müqavilə üzvü olan tacir (E1) və ya sərmayəçi (E2) vizası Birləşmiş Ştatların ticarət və naviqasiya imzaladığı ölkənin vətəndaşı olan və Birləşmiş Ştatlara nəzərəçarpacaq miqyasda ticarətlə məşğul olmağa, o cümlədən əsasən Birləşmiş Ştatlarla müqavilə imzalamış ölkə arasında xidmətlər və ya texnologiya ticarəti ilə məşğul olmağa və ya sərmayə qoduğu , yaxud nəzərəçarpacaq məbləğdə kapital qoymağa hazırlaşdığı müəssisənin fəaliyyətini inkişaf etdirməyə və yönəltməyə gələn şəxsə verilir. İştirak edən ölkələrin siyahısı üçün lütfən https://travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/fees/treaty.html linkinə müraciət edin.

E1 qeyri-immiqrant təsnifatı müqavilə bağlamış ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara ancaq öz adlarından beynəlxalq ticarətlə məşğul olmaq üçün daxil olmağa icazə verir.

E2 qeyri-immiqrant təsnifatı müqavilə bağlamış ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara ABŞ biznesinə nəzərəçarpacaq miqdarda sərmayə qoyan zaman daxil olmağa icazə verir.

Əlavə məlumat üçün lütfən https://travel.state.gov/content/travel/en/us-visas/employment/treaty-trader-investor-visa-e.html saytına müraciət edin.

(E3) XÜSUSİ İXTİSASLI PEŞƏSİ OLAN AVSTRALİYALI

Bu viza növü Birləşmiş Ştatlara müvəqqəti olaraq xüsusi ixtisaslı işlərdə çalışmaq üçün gələn Avstraliya vətəndaşlarına tətbiq edilir. E3 vizası ancaq Avstraliya vətəndaşlarına tətbiq edildiyi üçün daha ətraflı məlumatı https://travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/all-visa-categories.html saytından almaq olar.

(H, L, O, P, Q, R) MÜVƏQQƏTİ İŞÇİ/İŞƏDÜZƏLMƏ və ya PRAKTİKANTLAR

Ərizəçi qeyr-immiqrant kimi müvəqqəti olaraq Birləşmiş Ştatlarda işləmək istəyirlərsə, ABŞ immiqrasiya qanunlarına əsasən ərizəçinin yerinə yetirəcəyi işin növündən asılı olaraq səciyyəvi vizası olmalıdır. Əksər müvəqqəti işçi kateqoriyaları ərizəçinin gələcək işəgötürənindən və ya agentdən ərizəçi viza üçün ərizə verməzdən əvvəl I-129 ərizəsini ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) təsdiqi üçün təqdim etməyi tələb edir. Əlavə məlumat üçün lütfən http://www.uscis.gov/portal/site/uscis saytına müraciət edin.

Fiziki şəxslər müvəqqəti işçi vizası üçün ərizəni ancaq ABŞ işəgötürənləri I-129 formasını təqdim etdikdən və USCIS-n onu təsdiq etdikdən sonra verə bilər. USCIS təsdiq qəbzi nömrəsini göstərən I-797 Formasını təqdim edəcək. Həmin qəbz npmrəsi bu xidmət vasitəsilə görüş təyin etmək üçün tələb olunur. I-797 və/yaxud I-129 kağız nüsxələri tələb olunmur.

(H1-B) Xüsusi ixtisaslı peşə sahibləri - Bu viza üçün ərizə verən şəxslər xüsusi ali məktəb kursunu bitirməyi tələb edən həddindən artıq ixtisaslaşmış biliyin nəzəri və əməli tətbiqini göstərməlidirlər. Bu kateqoriyaya həmçinin dəb modelləri, Dövlətlər-arası tədqiqat və inkişaf və ya Müdafiə Nazirliyi tərəfindən rəhbərlik edilən birgə layihələr daxildir.

(H-1B1) Sərbəst Ticarət Sazişi üzrə (FTA - Free Trade Agreement) Peşəkar - bu viza kateqoriyası ABŞ-Çili Sərbəst Ticarət Sazişi və ABŞ-Sinqapur Sərbəst Ticarət Sazişi əsasında yaradılmışdır. H-1B1 müvəqqəti işçiləri xüsusi peşələrdə müqvəqqəti olaraq xidmətlər göstərən şəxslər kimi tərif edilir.

H-1B1 vizası üçün müraciət edənlər ABŞ işəgötürəni tərəfindən iş təklifini və Əmək Nazirliyi tərəfindən təsdiq edimiş müraciət formasını təqdim etməlidirlər. Qeyri-İmmiqrant İş vəsatəti tələb olunmur. H-1B1 vizası haqda ətraflı məlumat üçün https://travel.state.gov/content/travel/en/us-visas/employment.html internet səhifəsini ziyarət edin.

(H2-A) Mövsümi Kənd-təsərrüfatı işçiləri - H2-A vizası Birləşmiş Ştatların işəgötürənlərinə ABŞ işçilərinin çatışmadığı müvəqqəti kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün xarici vətəndaşları gətirməyə icazə verir

(H2-B) Müvəqqəti və ya Mövsümi Qeyri-kənd təsərrüfatı İşçiləri - H2-B qeyri-kənd təsərrüfatı müvəqqəti işçi proqramı ABŞ işəgötürənlərinə müvəqqəti olaraq qeyri-kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün xarici vətəndaşları Birləşmiş Ştatlara gətirməyə icazə verir.

(H3) Praktikantlar (tibbi və ya elmi istisna olmaqla) - Bu viza növü xarici vətəndaşlara Birləşmiş Ştatlara gələrək bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatında, ticarətdə, rabitədə, maliyyədə, dövlət işlərində, nəqliyyatda, peşələrdə, o cümlədən sırf sənaye sahələrində təlim keçmək imkanı verir.

(L) Şirkətdaxili Köçürmələr - Bu viza üç ardıcıl il müddətində bir davamlı il xaricdə işləmiş və eyni işəgötürənin Birləşmiş Ştatlarda olan filialı, baş ofisi, tabe pfisi tərəfindən menecer, rəhbər və ya xüsusi ixtisaslı biliyə məxsus əməkdaş kimi işə götürüləcək ərizəçilər üçündür. L Vizası ABŞ işəgötürəninə bir filial ofisindən rəhbər işçini və ya meneceri Birləşmiş Ştatlarda yerləşən ofislərindən birinə köçürməyə imkan verir. Bu viza ABŞ ofisi ilə hələ münasibət yaratmamış xarici şirkətə belə münasibətləri təşkil etmək məqsədilə rəhbər işçini və ya meneceri Birləşmiş Ştatlara göndərmək imkanı verir.

Birləşmiş Ştatlarda ofisə malik çoxmilli korporasiya ayrı-ayrı işçilər üçün ərizə verə, yaxud əhatəli L ərizəsi adlanan və çoxsaylı menecer və rəhbər işçilərin Birləşmiş Ştatlara daxil olmasına imkan verən vizanı əldə edə bilər. Əhatəli L vizasını almaq hüququ ilə malik əlavə məlumat üçün lütfənhttp://www.uscis.gov/portal/site/uscis saytına müravciət edin.

Ərizəçi əhatəli L icazəsini aldıqdan sonra L statusu ilə Birləşmiş Ştatlara daxil olmaq istəyən hər bir ərizəçinin adından ayrı-ayrı ərizələr doldurulmalıdır.

(O) Qeyri-adi istedada malik şəxslər - O vizası elm, incəsənət, təhsil, biznes və ya idman sahəsində qeyri-adi bacarığa malik olan, yaxud film çəkilişində və ya televiziya sənayesində qeyri-adi nailiyyətin çəkilişini nümayiş etdirmiş və bu nailiyyətlərə görə milli və beynəlxalq aləmdə tanınmış şəxsələrə verilir. Buraya yuxarıda qeyd edilmiş şəxsə vacib dəstəkləyici xidməti göstərən şəxslər də daxildir.

(P) Beynəlxalq səviyyədə tanınmış idmançılar, müğənnilər və estrada artistləri - P vizası üçün ərizəçi ya təklikdə, ya da qrup kimi aşağıdakı məqsədlə Birləşmiş Ştatlara gəlməlidir:

  • idmançı kimi səciyyəvi idman yarışlarında iştirak edən və ya estrada qrupunun bir üzvü kimi. Beynəlxalq aləmdə tanınmış ifa səviyyəsi tələb edir.
  • Birləşmiş Ştatlarda yerləşmiş təşkilatla başqa ölkədə yerləşən təşkilat arasında qarşılıqlı mübadilə proqramı əsasında ifaçılıq edən.
  • unikal və ya ənənəvi etnik, folklor, musiqi, teatr və ya incəsənət ifaçılığını və ya təqdimatını ifa edən, hazırlayan, tərcümə edən, təqdim edən, məşq keçən və ya təlim verən.

Buraya yuxarıda qeyd edilmiş şəxsə vacib dəstəkləyici xidməti göstərən şəxslər də daxildir.

(Q) Beynəlxalq Mədəni mübadilə müsafiri - Bu viza əməli təlim, məşğulluq təchiz etmə və ərizəçinin doğma ölkəsinin tarixini, mədəniyyətini və ənənələrini bölüşdürmə məqsədi daşıyır. Q qeyri-immiqrant vizası Birləşmiş Ştatların Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) tərəfindən layihələşdirilmiş beynəlxalq mədəni mübadilə proqramlaır üçündür.

(R) Dini xadim - Dini Xadim (R) vizası müvəqqəti olaraq dini sahədə çalışmaq üçün Birləşmiş Ştatlara daxil olmaq istəyən ərizəçilər üçündür.

Dini xadimlərə tanınmış işəgötürən təşkilat tərəfindən dini ibadət aparmaq və adətən həmin dinin ruhani üzvləri tərəfindən adətən yerinə yetirilən digər vəzifələri yerinə yetirmək səlahiyyəti almış şəxslər və dini peşə və ya sənətlə məşğul olan işçilər daxildir.

  • Ərizəçi Birləşmiş Ştatlarda vicdanlı mənfəətsiz dini təşkilatı olan dini məzhəbin üzvü olmalıdır.
  • Dini məzhəb və onun tərəfdaşları müvafiq hallarda vergilərdən azad edilir və ya vergidən azad statusu almaq hüququna malik olur
  • Ərizəçi dini xadim statusu ilə viza almaq üçün ərizə verdiyi vaxtdan əvvəlki iki il ərzində məzhəbin üzvü olmuşdur. Ərizəçi həmin məzhəbin başçısı kimi, yaxud bona fide, mənfəətsiz təşkilatda (yaxud belə təşkilatın vergidən azad filialında) dini vəzifədə və ya ixtisasda işləməyi planlaşdırır.

(TD/TN) NAFTA PEŞƏKARI

Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) Birləşmiş Ştatlar, Kanada və Meksika üçün xüsusi iqtisadi və ticarət münasibətləri yaradır. Qeyri-immiqrant NAFTA peşəkarı (TN) vizası Kanada və Meksika vətəndaşlarına NAFTA peşəkarları kimi Birləşmiş Ştatlarda ABŞ və ya xarici işəgötürən üçün əvvəlcədən razılaşdırılmış işgüzar sahədə işləmək imkanı verir. Kanada və Meksikanın daimi sakini olan - lakin vətəndaşlığı olmayan - şəxslər NAFTA peşəkarı kimi işləmək hüququna malik deyil. TN viza sahibinin himayəsində olan şəxslərə TD vizası verilir.

Kanada və Meksika peşəkarları aşağıdakı şərtlərlə Birləşmiş Ştatlarda işləyə bilər:

  • Ərizəçi Kanada və ya Meksika vətəndaşıdır
  • Peşəsi NAFTA siyahısındadır
  • Birləşmiş Ştatlarda olan vəzifə NAFTA peşəkarını tələb edir
  • Meksikalı və ya Kanadalı ərizəçi əvvəlcədən razılaşdırılmış tam və ya yarım ştat işdə çalışacaq.
  • Kanadalı və ya Meksikalı ərizəçinin peşə üçün lazımi bacarığı vardır

Digər qeyri-immiqrant viza kateqoriyaları

(T) İNSAN ALVERİNİN QURBANI

T vizası sahibləri insan alverinin ciddi formasının qurbanı olmuşlar. Eyni zamanda insanların alqı-satqısı kimi məlum olan insan alveri müasir quldarlıq formasıdır və alverçilərin insanları saxta işə düzəltmə və daha yaxşı həyat vədi ilə aldatması ilə ifadə olunur. Alverçilər tez-tez sosial xidmətlərdən istifadə edə bilməyən kasıb, işsiz insanlardan sui-istifadə edir. T Qeyri-imnmiqrant statusu (T vizası) insan alveri qurbanlarını müdafiə edir və qurbanlara insan alveri halının təhqiqində və cəzalandırılmasında yardım etmək üçün Birləşmiş Ştatlarda qalmaq imkanı verir.

İnsan alveri qurbanlarına T statusu ancaq Birləşmiş Ştatlarda verilir. Əlavə məlumat üçün http://www.uscis.gov/portal/site/uscis saytına daxil olun. ABŞ səfirliklərinin və konsulluqlarının rolu ancaq artıq Birləşmiş Ştatlarda T statusu almış şəxslərin ailə üzvünün ərizəsinə baxmaqdan ibarətdir.

(U) CİNAYƏTKAR FƏALİYYƏTİN QURBANI

U viza klassifikasiyası təyin edilmiş cinayətkar fəaliyyətin qurbanı sayılan və həmin cinayətkar fəaliyyətin təhqiqi və ya cəzalandırılmasına yardım edən xarici şəxslərə verilir. Şəxslər birbaşa olaraq USCIS-ə özləri ərizə verir və USCIS təsdiq edilmiş ərizə vasitəsilə U qeyri-immiqrant statusunu verir. Həm U viza sahibi, həm də onun himayəsində olan ərizəçilər U statusu aldıqdan sonra xaricdə Konsulluq Şöbələrinə U vizaları üçün ərizə verə bilərlər. U vizanın məqsədi müəyyən cinayətlərin qurbanlarına Birləşmiş Ştatlarda 4 ilə qədər müvəqqəti qanuni status və işləmək hüququ verməkdir.